суббота, 28 марта 2015 г.

Nəticələrimiz

   Bu müqəddəs nemətə sayğı dolu ənənələri gələcək nəsillərə ötürmək,milli əxlaqi dəyərləri daha geniş və məzmunlu təbliğ etmək məqsədi ilə bir sıra xalqlar çörək muzeyləri yaradıblar.Bu muzeylər arasında Ağdam Çörək Muzeyinin öz yeri vardı...
   Bəli,haqq-ədalət mütləq qalib gələcək,dağıdılmış mədəniyyət ocaqlarımız bərpa olunacaq.
   Çörəyə ehtiram əlaməti olaraq muzeylər yaradılır.Çörək ən qədim qida məhsullarından biridir.Çörək evin varı, elin  bərəkətidir.  Ağır zəhmət hesabına ərsəyə gəlir  və süfrəmizin əvəzedilməz nemətinə çevrilir. Çörəyə hörmətsizlik evin bərəkətini qaçırır.  Onu uca tutmaq, qorumaq  hamımızın  borcudur!





Araşdırmalarımız

   Ağdam çörək muzeyi haqqında məlumat toplayıb təqdimat hazırlayın. 

    Ağdamda XIX əsrin sonlarında bir dəyirman tikilmişdi. 





   1982-ci ildə bu dəyirmanın binasında çörək muzeyi açmaq haqqında qərar qəbul edildi.Elə həmin il noyabrın 25-də muzey ilk ziyarətçilərini qəbul etdi.Muzeydə gündə 8-10 ton buğda üyütmək gücü olan mexaniki dəyirman,ötən əsrin 30-cu illərində istifadə edilən taxıltəmizləyici qurğu,əmək alətləri-xış,vəl,çin,oraq,  II  əsrə aid əl dəyirmanı,"çarçar"adlı taxıldöyən,un saxlamaq üçün qədim küplər və digər əçyalar nümayiş olunurdu.
   Muzeydə Azərbaycan taxılının zəngin növlərini və çörək mədəniyyətimizin dədim ənənələrini göstərən ekspnatlar,əslində respublikamızın bütün ərazisini əhatə edirdi.Muzeydə müxtəlif taxıl növləri ilə yanaşı,buğdadan düzəlmiş eksponatlar da nümayiş etdirilirdi.Eksponatlar içərisində buğda dənələrindən düzəldilmiş Azərbaycan xəritəsi Zaqatalada hazırlayıb muzeyə gətirmişdilər.
   Ağdam Çörək Muzeyində nümayiş olunan eksponatların bir hissəsini buranı ziyarətə gələn əcnəbi qonaqlar bağışlamışdılar.        Böyük hərflərlə yazılıb muzeyin divarlarına vurulmuş atalar sözləri də çörəyin müqədəsliyini,gücünü,qüdrətini bir daha ziyarətçilərin yadına salırdı.
 Çörək baha olanda ölüm ucuz olar
Qılınc kəsməyəni çörək kəsər...
   Qarabağda yerləşən bir çox tarixi -mədəni abidələrimiz kimi,Ağdam Çörək Muzeyi də çörəyi dizinin üstündə olan namərd qonşularımızın təcavüzünə məruz qaldı.1992-ci il avqustun 12-də saat 16:40 radələrində ermənilərin atdığı mərmi Ağdam Çörək Muzeyinin varlığına son qoydu.Qiymətli eksponatlar məhv oldu. 


 

Ana səhifə

BİZ Bakı şəhəri Yasamal rayonu 286 nömrəli tam orta məktəbin VI v  sinfində oxuyuruq.Bizim Aərbaycan dili müəllimimiz Arzu Abbasovadır.

Bizim Azərbaycan dili dərsimiz çox maraqlı keçir.Azərbaycan dili ilə bağlı təqdimat hazırlayırıq.Müzakirələr aparırıq.Bütün bunları bilmək bizdə Azərbaycan dilinə maraq yaradır.


Bu günkü mövzumuz"Çörəyin müqəddəsliyini ifadə edən  adət- ənənələrimiz və atalar sözlərimiz"dir.Müəllimimiz bizi 4qrupa ayırdı. Bizim qrupa isə Ağdam çörək muzeyi  haqqında  məlumat toplayıb təqdimat hazırlamağı tapşırdı və bu iş haqqında məlumatı 2-ci səhifədə yerləşdirməyi tapşırdı.